
Türkiyənin "Beşiktaş" və Almaniyanın "Leyptsiq" komandaları arasında keçirilən Çempionlar Liqasının qrup mərhələsinin II tur matçında 12 dəqiqəlik fasilə yaranıb. Sportnet.az-ın məlumatına görə, buna qarşılaşmanın oynanıldığı "Wodafone Park"ın projektorlarının bir hissəsində işıqların sönməsi səbəb olub.
60-cı dəqiqədə baş vermiş olay nəticəsində rusiyalı baş hakim Sergey Karasyov komandaları paltardəyişmə otağına göndərib. Problem həll olunduqdan sonra oyun davam etdirilib. Hazırda "Beşiktaş" 2:0 hesabı ilə öndədir.
Qeyd edək ki, "Wodafone Park"da 2019-cu il avqustun 14-də UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.