
"Qarabağ” komandası Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, C qrupunda yer alan Azərbaycan təmsilçisi II tur çərçivəsində İtaliya təmsilçisi "Roma”nı qəbul edib.
Bakı Olimpiya Stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ağdam komandasının yeganə qolunu Pedro Enrike vurub.
Qeyd edək ki, C qrupunda digər oyun Madriddə İspaniyanın "Atletiko" və İngiltərənin "Çelsi" kollektivləri arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlayacaq.
Çempionlar Liqası, II tur
C qrupu
27 sentyabr
"Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya) - 1:2
Qollar: Pedro Enrike, 28 - Kostas Manolas, 7. Edin Ceko, 15
Baş hakim: Artur Dias
Yan xətt hakimləri: Rui Tavares, Paulo Soares
Əlavə köməkçi hakimlər: Tiaqo Martins, Joao Pinheyro
Dördüncü hakim: Bruno Rodriges (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Bakı Olimpiya stadionu
Xal durumu: "Roma" - 4, "Çelsi" - 3, "Atletiko" - 1, "Qarabağ" - 0.