"Qarabağ” klubu avrokuboklarda keçirdiyi ev oyunlarında 50-ci qolunu vurub.
Sportnet.az xəbər verir ki, bu, Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin II turu çərçivəsində İtaliya "Roma”sı ilə görüşdə baş verib. Ağdam komandasının heyətində Pedro Enrike fərqlənib. Braziliyalı yarımmüdafiəçi qarşılaşmanın 28-ci dəqiqəsində hesabı 1:2 edib.
Bu həm də Azərbaycan təmsilçisinin ÇL-in qrup mərhələsində vurduğu ilk qol kimi tarixə düşüb.
Qeyd edək ki, "Roma” ilə görüş "Qarabağ”ın avrokuboklarda 43-cü ev oyunudur.