UEFA Azərbaycanın 4 klubuna maliyyə vəsaiti ayırıb.
Sportnet.az məlumatına görə, vəsait kommersiya fəaliyyətindən irəli gələn əlavə gəlirlərdən seçmə mərhələlərdə iştirak edən klublar üçün bölüşdürülüb.
19 iyul 2016-cı il tarixli 39 nömrəli məktuba və həmin məktubun 3.1.3-cü bəndinə əsasən, "Qarabağ”a 75 450 avro, "Neftçi”yə 33 220 avro, "Qəbələ”yə 50 960 avro, "Kəpəz”ə isə 33 220 avro ödənilib. Ayrılmış həmin maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada köçürülüb.
Qeyd edək ki, "Kəpəz” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.