"Onunla çoxdan tanışıq, münasibətimiz var. Vaxtilə "Kayserispor”da onun rəhbərliyi altında oynamışam”.
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ”ın kapitanı Rəşad Sadıqov türkiyəli məşqçi Ertuğrul Sağlam onun yığmada vida oyunu izləmək üçün Bakıya gəlməsinə münasibət bildirərkən deyib.
O, deyib ki, bu səfər həm də E.Sağlamın Azərbaycan millisinin baş məşqçi postunda Robert Prosineçkini əvəzləmək ehtimalı ilə bağlı deyil: "Təəssüf ki, Bakıya gəlsə də, görüşmək imkanmız olmadı. Çünki Almaniya ilə matçda gedirdik. Onun səfərinin milliyə baş məşqçi gələcəyi ilə bağlı olduğunu düşünmürəm”.
Qeyd edək ki, E.Sağlam oktyabrın 5-də keçirilən Azərbaycan – Çexiya oyununu canlı izləyib.