
"Qarabağ” komandası futbolçusu Miçel Madera zədələnib.
Sportnet.az xəbər verir ki, bu barədə Ağdam komandasının kapitanı Rəşad Sadıqov bildirib. Onun sözlərinə görə, son məşqlərdə ayağında ağrılar hiss edən ispaniyalı yarımmüdafiəçi hazırlıq prosisindən kənar qalıb.
R.Sadıqov "İnter” və "Atletiko”ya qarşı matçlara tam heyətlə hazırlaşacaqlarına ümid etdiyini söyləyib: "Yakub Jezniçak, Maksim Medvedev əvvəldən zədəli idi. Miçel son məşqlərdə ayağında ağrı hiss etdi. Hazırda o, məşq etmir. Futbolçularımız millinin düşərgəsindən yorğun qayıdıb. Bədavi Hüseynov və mənim ayağımda ağrılar var. Sıx qrafiklə çıxış edirik. Oyunlar da ağır olduğundan, stresləri çoxdur, fiziki cəhətdən xeyli güc sərf edirik. Hazırda ən əsas problemimiz mikrozədələrdir. İnanıram ki, həm "İnter", həm də "Atletiko" ilə oyunlara tam heyətlə hazırlaşa biləcəyik”.