1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın bütün rəqibləri qalib gəldi
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki bütün rəqibləri öz ölkələrinin çempionatlarındakı qarşılaşmaları qələbə ilə başa vurublar.
Sportnet.az-ın məlumatına görə, Bakıda xal itirən "Atletiko" İspaniya La Liqasının IX turunda səfərdə "Selta"nı minimal hesabla yenib - 1:0. Qolu 28-ci dəqiqədə Kevin Qameyro vurub. Dieqo Simeonenin baş məşqçi olduğu komanda hazırda 19 xalla 4-cüdür.
"Roma" da səfərdə "Torino"ya eyni hesabla qalib gəlib. Qolun müəllifi 69-cu dəqiqədə Aleksandar Kolarov olub. Hazırda paytaxt komandası A Seriyasında 9 oyundan 18 xalla 5-ci yeri tutur.
"Çelsi" isə evdə "Uotford"u yenib - 4:2. Meydan sahiblərinin qollarını Pedro (dəq.12), Mişi Batşuayi (dəq.71; 90+5) və Sesar Aspilikueta (dəq.87) vurub. 9 turdan sonra "Çelsi" 16 xalla 4-cü yerdə gedir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının IX turunda "Qəbələ"yə uduzmasına baxmayaraq, "Qarabağ" 19 xalla liderliyini qoruyub.