1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çempionlar Liqasında həftənin qolu müəyyənləşdi - VİDEO
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III turun ən yaxşı qolu müəyyənləşib.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İtaliyanın "Roma” komandasının futbolçusu Edin Cekonun İngiltərədə "Çelsi” ilə görüşün 64-cü dəqiqəsində vurduğu qol ən yaxşı seçilib. Bosniya və herseqovinalı hücumçunun 3:3 hesabı ilə başa çatan oyunda baxımlı zərbəsi səslərin 25 faizini toplayıb.
"Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniçin Portuqaliya "Sportinq”ini 2:1 hesabı ilə yendikləri matçın 29-cu dəqiqəsində vurduğu qol səslərin 24 faizini toplamaqla 2-ci, Rusiya "Spartak”ının futbolçusu Denis Qulaşkovun İspaniya "Sevilya”sına 5:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanın 67-ci dəqiqəsində vurduğu qol isə 20 faiz səslə 3-cü olub.
Qeyd edək ki, Edin Ceko II turda Bakıda "Qarabağ”la oyunda da fərqlənib. O, italiyalıların 2:1 hesablı qələbə qazandıqları matçın 15-ci dəqiqəsində ikinci qolu vurub.