1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qarabağ”la oyun öncəsi son görüş
AZAL Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ”la oyuna hazırlıqları davam etdirir. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, AZAL rəhbərliyi dünən axşam məşqindən əvvəl komanda ilə görüşüb. Vitse-prezident Fikrət Hüseynov məşqçi, futbolçu və texniki heyəti qəbul edib.
Görüşdə F.Hüseynov rəhbərliyin daim komandanın yanında olduğunu bildirərək növbəti matçlarda da futbolçulara inandığını qeyd edib. Vitse-prezident vurğulayıb ki, kollektivdə gözəl ab-hava var və bunu meydana da sirayət etdirmək, qələbə qazanmaq zəruridir. Vitse-prezident qeyd edib ki, daim komandanın yanında olan rəhbərlik oyunçuların qayğısına qalır və yarana biləcək hər bir xırda çətinliyi də aradan götürməyə hazırdır.
Ardından söz alan baş məşqçi Tərlan Əhmədov yetirmələrinə inandığını bildirməklə bərabər, onlardan qələbə seriyası yaxalamağı da istəyib. Əhmədov Qəbələdəki nəticənin təsadüf olmadığını və bu nəticəni futbolçuların alın təri ilə qazandığını vurğulayıb. Baş məşqçi "Qarabağ” və "Sumqayıt”la növbəti görüşlərdə də maksimum nəticə gözlədiyini bildirib.
Qeyd edək ki, "təyyarəçilər” son turda səfərdə "Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.