1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın rəqibi 3 futbolçusu ilə yollarını ayırır
Futbol üzrə Çempionlar Liqasında "Qarabağ”la birgə C qrupunda yer alan İspaniyanın "Atletiko” komandası 3 futbolçusu ilə yollarını ayıra bilər.
Sportnet.az xəbər verir ki, bunlar xorvatiyalı müdafiəçi Şime Vrsalko, fransalı hücumçu Kevin Qameyro və belçikalı forvard Yannik Karraskodur.
"Üçlüy”ün qış fasiləsində Madrid təmsilçisi ilə vidalaşacaqları gözlənilir.
"Il Corriere dello Sport”un məlumatına görə, 25 yaşlı Vrsalkonun xidmətində İtaliya çempionatının lideri "Napoli” maraqlıdır. Daha əvvəl A seriyasında "Cenoa” və "Sassuolo”nun formasını geyinmiş futbolçunun özü də "Atletiko”da az oyun vaxtı almasından narahatdır. Xorvatiyalı arxa xətt oyunçusu cari mövsümdə 3 görüşdə meydanda olub.
İspaniya çempionatının sonuncu turunda "Selta” ilə səfər matçında "Atletiko”ya 1:0 hesablı qələbə qazandıran Qameyro da az oynamasından narazıdır. O, cari mövsümdə cəmi 3 matçda iştirak edib. Sportwitness.co.uk saytı iddia edir ki, 30 yaşlı fransalı hücumçunu İngiltərənin "Everton” klubu heyətində görmək istəyir.
Karrasko isə baş məşqçi Dieqo Simeone ilə problem yaşadığı üçün iş yerini dəyişmək niyyətindədir. Cari mövsümdə 8 qarşılaşmada meydana çıxan 24 yaşlı hücumçu 3 qol vurub, eyni saytda məhsuldar ötürmə verib. "Soccernews.nl" yazır ki, onun xidmətində İngiltərənin "Çelsi” və "Mançester Yunayted” komandaları maraqlıdır.
Qeyd edək ki, "Atletiko” Çempionlar Liqasının IV turu çərçivəsində "Qarabağ”ı qəbul edəcək. Oktyabrın 31-də Madriddə baş tutacaq matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.