"Bizi evdə finala bərabər oyun gözləyir". Sportnet.az-ın məlumatına görə, bunu İspaniya "Atletiko"sunun futbolçusu Anxel Korrea "Qarabağ"la oktyabrın 31-də keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçı barədə danışarkən deyib.
22 yaşlı hücumçu bildirib ki, qol vəziyyətləri zamanı sakit olmaq lazımdır: "Çünki yeganə çatışmazlığımız yaratdığımız şanslardan uğurla yararlana bilməməyimizdir".
Qeyd edək ki, Anxel Korrea bu mövsüm vurduğu 4 qolla komandanın ən məhsuldar oyunçusu sayılır. Sabah Madriddəki "Metropolitano" stadionunda oynanılacaq "Atletiko" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.