Litvanın paytaxtı Vilnüsdə keçirilən ənənəvi "Ateitis Cup” beynəlxalq turnirinə yekun vurulub."Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası yarışın son günündə 11-12-ci yerlər uğrunda matçda qüvvəsini sınayıb.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” Belarusun "İsloç” komandası ilə görüşüb. Ülfət Mədətovun yetirmələri bu qarşılaşmada böyükhesablı qələbə qazanıb – 4:0. Qolları Sərxan Mirzəzadə, Aslan Şirinov, Sahil Həsənov və Elmir Hüseynli vurub.
Bu qələbə ilə "Qəbələ” turniri 11-ci pillədə başa vurub. Emil Süleymanov "Ateitis Cup”ın ən yaxşı yarımmüdafiəçisi mükafatına yiyələnib. Yarışın qalibi İtaliyanın "Atalanta” klubu olub. Litvanın Milli Futbol Akademiyası 2-ci, Latviya "Dauqavpils”i 3-cü yeri tutub.













































































