1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Simeone Şehiçi təriflədi
"Oyuna pis başlamamışdıq. Rəqibə böyük zərbə vura bilərdik. Amma dəqiq olmadıq. Əvəzində onlar vurdular".
Sportnet.az-ın məlumatına görə, bunu "Atletiko"nun baş məşqçisi Dieqo Simeone İspaniyada "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçından sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis ilk yarıda buraxdıqları qoldan əsəbiləşdiklərini vurğulayıb. İkinci hissədə daha yaxşı təsir bağışladıqlarını bildirən Simeone "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin qurtarışlarını vurğulayıb: "Qapıçı yaxşı oynadı. Nəticədə istədiyimiz hesabı əldə edə bilmədik. Hazırda qolçu problemimiz var".
Baş məşqçi növbəti turda İtaliya "Roma"sına qalib gəlməyə çalışacaqlarını və daha sonra taleyin qisməti ilə barışacaqlarını əlavə edib: "Qol vurduqda insanlar gücündən, cəsarətindən danışır. Qol vurmadıqda isə onlar başqa fikir yürüdürlər. Ola bilsin, növbəti illərdə belə oyunlardan da qalib ayrılacağıq".
Qeyd edək ki, 4 turdan sonra C qrupuna 8 xalı olan "Roma" başçılıq edir. İngiltərənin "Çelsi" klubu 7 xalla 2-ci, "Atletiko" 3 xalla 3-cü, "Qarabağ" 2 xalla 4-cüdür.