1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
“Atletiko”nun kapitanı: “Taleyimiz “Qarabağ”dan asılıdır”
"Hər iki oyunda "Qarabağ”ı məğlub edə bilmədiyimiz üçün özümüzü tənqid etməliyik”.
Sportnet.az xəbər verir ki, bunu İspaniyanın "Atletiko” komandasının futbolçusu Qabi Fernandes Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda "Qarabağ”la 1:1 hesablı heç-heçə haqda danışarkən söyləyib.
Madrid təmsilçisinin 34 yaşlı kapitanı bildirib ki, artıq "Atletio”nun ÇL-də 1/8 finala vəsiqə qazanaması "Qarabağ”dan asılıdır. O, Ağdam komandasına qalib gəlmək üçün əllərindən gələni etdiklərini deyib: "İlk yarıda pis çıxış etdik. Hədəfimizi bilsək də, vəziyyəti dəyişməyi bacarmadıq. Çox məyusuq. Qalib gəlmək üçün hər şey etdik. Bəxtimiz gətirsəydi bunu bacarardıq. Uğursuzluq zolağındayıq və yalnız ayağa qalmaq qalır. Fikrimcə, ÇL-də yolumuza davam etmək şansımız çox azdır. Lakin artıq qrupda hər şey öz əlimizdə deyil. Evdə "Roma”ya qalib gəlməliyik və taleyimiz "Qarabağ”dan asılıdır”.
Qabinin sözlərinə görə, "Atletiko” mübarizəni Avropa Liqasında davam etdirəcəyi halda, turnirin qalibi ola bilər: "İndiki dövrdə Avropa Liqası heç nədir. Lakin bu turnir mənə çox şey verib. Orada oynayası olsaq, qalib gələcəyik”.
Qeyd edək ki, 4 turdan sonra İtaliya təmsilçisi "Roma” 8 xalla C qrupunun lideridir. İngiltərənin "Çelsi” komandasının 7, "Atletiko”nun 3, "Qarabağ”ın isə 2 xalı var. İlk iki yeri tutan kollektivlər 1/8 finala yüksələcəklər. Üçüncü yerin sahini isə mübarizəni Avropa Liqasında davam etdirəcək.