1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Miçel: “Çelsi” ilə matça da qələbə üçün çıxacağıq”
"Çelsi” ilə matça da qələbə üçün çıxacağıq”.
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ”ın futbolçusu Miçel Madera Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İspaniyada "Atletiko” ilə 1:1 hesablı heç-heçədən sonra "Onda Sero”ya deyib.
40-cı dəqiqədə hesabı açan 32 yaşlı ispaniyalı müdafiəçi bildirib ki, Ağdam təmsilçisi noyabrın 22-də Bakı Olimpiya Stadionunda İngiltərə çempionu "Çelsi”ni məğlub edə bilər. Miçel bunu "Qarabağ”ın evdə oynaması ilə əlaqələndirib: "Öz azarkeşlərimiz önündə çıxış edəcəyik. Bütün gücümüzü səfərbər etməliyik. Növbəti qarşılaşmada da uğurla çıxış edəcəyimizə inanıram. ÇL-də yaxşı adımlayırıq. "Çelsi” və "Roma” ilə görüşlərlə pis başlanğıc etdik. Lakin hər şey ola bilər. Qalib gəlmək üçün inamla irəli gedəcəyik. Son 3 matçımızda 10 nəfərlə oynamışıq. Bununla belə, yaxşı müdafiə olunaraq, davam gətirmişik”.
Qeyd edək ki, ilk iki turda "Çelsi”yə 0:6, "Roma”ya isə 1:2 hesabı ilə uduzan "Qarabağ” "Atletiko”ya qarşı keçirdiyi hər iki oyundan bir xal götürüb. 4 turdan sonra italiyalılar 8 xalla C qrupunun lideridir. "Çelsi”nin 7, "Atletiko”nun 3, "Qarabağ”ın isə 2 xalı var. İlk iki yeri tutan kollektivlər 1/8 finala yüksələcəklər. Üçüncü yerin sahibi isə mübarizəni Avropa Liqasında davam etdirəcək.