Qana milli komandasının sabiq futbolçusu Abubakari Yakubu dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, Hollandiya "Ayaks"ının yetirməsi olan yarımmüdafiəçi 35 yaşında vəfat edib. O, 2009-cu ildə "Vitesse"dən ayrıldıqdan sonra karyerasını başa vurub.
Qeyd edək ki, Abubakari Yakubu Qana milli komandasında 13 matçda forma geyinib və 2006-cı il dünya çempionatında iştirak edib.