"Real Madrid" klubu mövsümün sonunda "Mançester Yunayted" ilə müqaviləsi başa çatan Xuan Matanı heyətinə qatmağı planlaşdırır.
Sportnet.az-ın "Express"ə istinadən məlumatına görə, İspaniya nəhəngi yarımmüdafiəçi üçün klubuna yanvar ayında təklif göndərəck. İspaniya millisinin üzvü "Mançester Yunayted"də son matçlarda start heyətə düşməkdə çəkinlik çəkir.
Qeyd edək ki, Xuan Mata "Real Madrid"in yetirməsidir.










































































