
İtaliyanın "Napoli" klubu "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Atletiko Madrid"in xorvatyalı futbolçusu Şime Vrsalikonu heyətinə cəlb etmək niyyətindədir.
Sportnet-ın "Football Italia"ya istinadən verdiyi məlumatına görə, komanda Madrid təmsilçisində bu mövsüm 3 matçda iştirak edə bilən müdafiəçi ilə yaxından maraqlanır.
"Mançester Siti" ilə görüşdə zədələnən Fauzi Qulam uzun müddət İtaliya təmsilçisinə kömək edə bilməyəcək. Bu səbəbdən, "Napoli" həm sağ cinahda, həm də sol cinahda oynaya bilən Şime Vralikon transfer etmək istəyir.
Daha öncə də İtaliyada "Cenua" və "Sassuolo" kimi klublarda iştirak edən 25 yaşlı futbolçu "Napoli" klubu rəhbərliyi ilə görüşüb transferdə razılığını bildirib.