
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”la İngiltərənin "Çelsi” komandaları arasında keçiriləcək V tur oyununa 50 mindən çox bilet satılıb.
Sportnet.az-ın məlumatına görə, bu haqda Ağdam klubunun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. "Qarabağ" matç üçün böyük xoreoqrafiya hazırladığını da açıqlayıb.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı noyabrın 22-sində keçiriləcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 21:00-da başlanacaq.
Biletlərin satış məntəqələri:
"Gənclik mall” və "28 mall”
"Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 ("Azərbaycan" kinoteatrının yaxınlığı) Bülbül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. ("Nizami" kinoteatrının yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)