Futbol üzrə Mərakeş yığma komandasının azarkeşləri Belçikanın paytaxtı Brüsseldə iğtişaş törədiblər.
Sportnet.az-ın məlumatına görə, onlar komandalarının Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatına vəsiqə qazanmalarını şəhərdə iğtişaş törətməklə qeyd ediblər.
Xuliqanlar bu məqsədlə küçədə bir neçə avtomobili yandırıblar.
Bundan əlavə, onlar şəhər mərkəzində bir neçə müasir incəsənət abidəsini dağıdıblar. Polis azarkeşlərə qarşı su şırnağından istifadə etmək məcburiyyətində qalıb.
Mərakeş millisi Afrika təsnifat mərhələsinin Fildişi Sahilinə qarşı keçirilən oyununda 2:0 hesabı ilə qalib gələrək mundiala vəsiqə qazanıb. Dünya çempionatına çıxan digər Afrika ölkəsi Tunis olub.