Milli komandaların oyunları ilə əlaqədar fasilədən yararlanan "Qəbələ" və "Səbail" komandaları yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutmuş qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
İlk yarıda "Qəbələ"də baxışda olan kolumbiyalı hücumçu Kevin Pena hesabı açıb. O, 45-ci dəqiqədə fərqlənib. Fasilədən sonra "Səbail"in legioneri Aleksandru-Adrian Popoviçi bərabərlik qolunu vurub. Rumıniyalı legioner 70-ci dəqiqədə tarazlığı təmin edib.
Qeyd edək ki, "Qəbələ" ötən gün "Zirə" ilə yoxlama matçı keçirib və 0:1 hesabı ilə uduzub.