1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın rəqibinin oyununda yenilik
İspaniya futbolunda videotəkrar sistemindən (VAR) ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan "Atletiko”nun oyununda istifadə ediləcək.
Spornet.az "Marca”ya istinadən xəbər verir ki, VAR sistemi noyabrın 29-da Madrid təmsilçisinin İspaniya Kubokunun 1/16 final mərhələsində "Elçe” ilə keçirəcəyi ev matçında tətbiq olunacaq. Bu kollektivlər arasındakı ilk qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, VAR-dan İtaliya A Seriyası və Almaniya Bundesliqasında istifadə olunur. İspaniya La Liqası "Top-5” liqalararı arasında topun qapı xəttini keçib-keçməməsi texnologiyasından da yararlanmayan yeganə çempionatdır.