Futbol üzrə Türkiyə millisi növbəti yoxlama matçını keçirib.
Sportnet.az-ın məlumatına görə, komanda "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin də şərəfini qoruduğu Albaniya yığması ilə qarşılaşıb.
Oyun yoldaşlıq matçı olduğuna görə Aqolli bu görüşdə iştirak etməyib. Qarşılaşma albanların 2:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Türkiyə millisi bundan əvvəlki yoldaşlıq matçında Rumıniyaya 2:0 hesabı ilə məğlub olub.








































































