AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, iclasda I Divizionla bağlı iki məsələyə baxılıb.
VIII turun "Ağsu” ilə matçı başlamazdan əvvəl "Binə” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə edib. Bu səbəbdən "Binə” 80 manat cərimələnib.
"Mil-Muğan”la görüşdə "Şüvəlan”ın baş məşqiçisi Aqil Nəbiyev stadionun plastik şitini sındırıb. Qərara alınıb ki, stadiona dəymiş ziyan əsasında "Mil-Muğan”ın təqdim edəcəyi hesab "Şüvəlan” klubu tərəfindən ödənilsin.