
Sumqayitlıların hamıdan öndə olmasından ehtiyatlanmayan 43 yaşlı mütəxəssis "ganclik şəhəri" təmsilçisinin 5 turdan sonra birinci pillədə qərarlaşmasına belə aydınlıq gətirib: "Çempionat hələ yeni başlayıb, indi kimin lider olması önəmli deyil. Çünki hələ qarşıda 32 tur var. Marafon uzundur, o vaxtadək çox dəyişiklik olacaq".
"Sumqayıt"la oyuna gəldikdə, Əhmədov hər oyuna qələbə üçün çıxdıqlarını xatırladıb: "Bu dəfə də belə olacaq. Heyətdə zədə ilə bağlı heç bir problem yoxdur. Ruslan Məcidov da artıq komanda ilə məşqlərə qoşulub. Eduardonun da cəzası başa çatıb, o da növbəti turda komandaya kömək edə bilər. Heyət qurmaq sarıdan hələlik hər şey qaydasındadır".
Qeyd edək ki, "Sumqayıt" - AZAL matçı sentyabrın 20-də "Kapital Bank Arena"da keçiriləcək. Oyun saat 20:00-da başlanacaq.