"Atletiko" "Roma" ilə matçda ancaq qələbə haqqında düşünürdü. Komandamız yalnız 5-ci matçda qələbə qazana bildi. Çətin vəziyyətdəyik."
Sportnet.az-ın məlumatına görə bu sözləri "Atletiko Madrid"in futbolçusu Antuan Qrizmann deyib. Fransalı hücümçu "Çelsi" ilə qarşılaşmanın vacibliyindən danışıb:
"Komanda dekabrın 5-də İngiltərədə "Çelsi"ni məğlub etməyə çalışacaq. Ümid edirəm ki, "Roma" "Qarabağ"ı məğlub edə bilməyəcək. Bu nəticələrə görə hücumlar məsuliyyət daşıyır. Müdafiə xəttimiz həmişə olduğu kimi yaxşı işləyir.
"Qarabağ"la oyunlarda problemlərimiz var idi. Rəqib hər iki matçda da 10 nəfərlə qaldı, ancaq biz qol imkanlarından istifadə edə bilmədik.