
Onun fikrincə, flaqmanı çox gərgin və maraqlı qarşılaşma gözləyir: "Hamımız növbəti oyuna köklənmişik. Rəqibə hörmətlə yanaşırıq. Bilirik ki, çempionatın iddialı komandalarından biridir. "Qəbələ” öz dəsti xətti və oyun üslubu olan komandadır. Xüsusən də doğma meydanda yaxşı təsir bağışlayır. Hazırda 4-cü pillədə qərarlaşması da çox şeydən xəbər verir. Fikrimcə, çox gərgin və maraqlı qarşılaşma olacaq. Çalışacağıq ki, öz oyunumuzu göstərək və istədiyimiz nəticəni qazanaq”.
Qeyd edək ki, sentyabrın 21-də keçiriləcək "Qəbələ" - "Neftçi" oyunu saat 18:00-da başlanacaq.