1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Beşiktaş"ın izi ilə gedəcəyik"
"Bir müsəlman ve qardaş komandanın Çempionlar Liqasında xarüqələr yaratması bütün Azərərbaycan xalqını çox xoşbəxt etdi. Hər kəs sizdən danışır. Həm klub, həm də baş məşqçi olaraq, sizdən nümunə götürürük və götürəcəyik. Bir türkiyəli baş məşqçinin uğuru bizi qürurlandırdı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıya səfər edən Türkiyə "Beşiktaş"ındakı həmkarı Şenol Günəşlə görüşündə deyib. 45 yaşlı mütəxəssis "qara qartallar"dan nümunə götürəcəklərini bildirib: "Sizə təşəkkür edirik. "Beşiktaş"ı qardaş klub seçərək, onun izi ilə gedəcəyik. İnanıram ki, gələcəkdə biz də sizin kimi uğurlar qazanacağıq".
Öz növbəsində Günəş "Qarabağ"ın doğru yolda olduğunu vurgulayıb: "İnkişaf etməkdə olan bir futbol ölkəsi üçün heç də az olmayan uğur qazandınız. Çempionlar Liqası səbr tələb edir. Biz də bu günlərə belə gəldik. Ötən il 1/8 final mərhələsinin bir addımlığından geri qayıtdıq. Bir türk olaraq, qardaş Azərbaycandan belə bir komandanın ortaya çıxdığı üçün biz də qürur duyuruq. Əlimizdən gələn hər cür yardıma hazırıq. Planlı-proqramlı çalışaraq, sizin de yaxşı səviyyəyə çatacağınıza əminəm".
Qeyd edək ki, görüş zamanı Şenol Günəş Qurban Qurbanova bütün komandanın imzaladığı Pepenin formasını hədiyyə edib. Qurbanov isə həmkarına arxasında türkiyəli mütəxəssisin adının yazıldığı "Qarabağ" forması verib. Günəş və "Beşiktaş"ın idarəetmə üzrə direktoru Əli Naibi "Qarabağ"ın İngiltərənin "Çelsi" klubu ilə keçirdiyi Çempionlar Liqasının qrup mərhələsinin V tur matçını da izləyib.