1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Roma"nın 2 futbolçusu sıraya döndü
Noyabrın 30-da Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin VI turunda "Qarabağ”ı qəbul edəcək İtaliya "Roma”sı xoş xəbər alıb. Sportnet.az-ın forzaroma.info saytına istinadən xəbər verir ki, komandanın iki zədəli futbolçusu ümumi qrupda məşqlərə başlayıb.
Bunlar yarımmüdafiəçi Alessandro Florentsi və Patrik Şikdir. Hər iki futbolçunun noyabrın 26-da İtaliya A Seriyasının XIV turunda "Cenoa” ilə səfər matçında meydana çıxmağa hazır olduqları bildirilir.
Qeyd edək ki, Alessandro Florentsi noyabrın 18-də A seriyasının XIII turunda "Latsio” ilə görüşdə dizindən zədə alıb və ÇL-in V turunda İspaniya "Atletiko”su ilə səfər matçını buraxıb. P.Şikin isə sentyabrın 16-da ölkə çempionatının IV turunda "Verona”ya qarşı debüt oyununda sol bud əzələsi ciddi xəsarət alıb. Bu səbəbdən çexiyalı forvard sentyabrın 27-də ÇL-in II turunda "Qarabağ”la səfər oyununu buraxıb. O, həmçinin Çexiya yığmasının oktyabrın 5-də Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçında da iştirak edə bilməyib.