1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Gəncədə mövsümün ən erkən qolu
Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün ən erkən qolu qeydə alınıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XIII turun Gəncədə keçirilən "Kəpəz” – "Qəbələ” matçında qonaqlar 1-ci dəqiqədə hesabı açıb. "Qırmızı-qaralar”ın futbolçusu Baqali Dabo cari mövsüm ilk dəqiqədə fərqlənən yeganə oyunçudur.
Qarşılaşmanın 26-cı saniyədə "Kəpəz”i məyus edən hücumçu Milan Durç ("Zirə”) və Mirabdulla Abbasovun ("Neftçi”) rekordunu arxada qoyub. Bu futbolçular 3-cü dəqiqədə qol sevinci yaşamışdı.
Milan I turda "Səbail”in, Mirabdulla X turda "Sumqayıt”ın qapısına erkən qol vurmuşdu. Dabo həm də ardıcıl 3-cü oyunda qol vurmaqla rekord müəllifi olub. XI turda "Səbail”ə 2, ötən tur "Neftçi”yə 1 qol vuran hücumçu cari mövsüm ardıcıl 3 turda fərqlənən ilk oyunçudur.