Azərbaycan I Divizionda XI tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, lider "Qaradağ Lökbatan" səfərdə debütant "Sabah"ı yenib.
"Binə" - "Mil-Muğan" matçında isə 9 qol vurulub. Baş hakim Rəşad Əhmədov qapılara 3 penalti təyin edib.
"Sabah” - "Qaradağ Lökbatan” - 0:2
Qollar: Əliqulu Manafov, 6. Coşqun Süleymanov, 63
"Binə” - "Mil-Muğan” - 7:2
Qollar: Timur Dadaşov, 10-penalti ilə. Cəmil Rəhimli, 38; 90+3. Bəxtiyar Soltanov, 42. Vüsal Nağıyev, 58. Elmir Məmmədov, 63-penalti ilə. Renat Aşurov, 81 - Samir Babayev, 48-penalti ilə; 68
MOİK - "Zaqatala” - 3:2
Qollar: Orxan Həsənov, 25. İsmayıl İbrahimli, 30. Bahadur Həziyev, 84 - Asim Babazadə, 63. Rəhman Şabanov, 70
"Ağsu” - "Şüvəlan” - 1:0
Qol: Əlimərdan Əlimərdanlı, 55
"Turan Tovuz” - "Xəzər” - 1:0
Qol: Tuqay Alhüseynli, 29