
İngiltərə Premyer Liqasının XIII turunun mərkəzi görüşü "Liverpul" və "Çelsi" komandaları arasında keçirilib. Sportnet.az-ın məlumatına görə, oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Meydan sahiblərindən 65-ci dəqiqədə Məhəmməd Salah fərqlənib. 84-cü dəqiqədə isə Villian bərabərlik qolunu vurub.
Bu nəticədən sonra 26 xalı olan "Çelsi" 3-cü, 23 xala malik "Liverpul" isə 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Çelsi" "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindəndir. İki komanda arasında Londonda keçirilmiş ilk görüşdə "zadəganlar" 6:0, noyabrın 22-də Bakıda isə 4:0 hesablı qələbə qazanıb. Bununla da xallarını 10-a yüksəldən "Çelsi" 1/8 final mərhələsinə vəsiqə qazanıb. 2 xalı olan "Qarabağ" isə qrupda qalıb.