
"Atletiko" klubu İspaniya La Liqasının XIII turunda səfərdə "Levante" ilə üz-üzə gəlib. Sportnet.az-ın məlumatına görə, görüş qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Kevin Qameyronun 29-cu və 59-cu, Antuan Qrizmannın isə 65-ci və 68-ci dəqiqələrdə "dubl" etdiyi qarşılaşmada daha bir qolu meydan sahiblərindən Rober 5-ci dəqiqədə öz qapısına vurub.
Bununla da "Atletiko" 27 xalla 3-cü pilləyə yüksəlib. "Levante" isə 15 xalla 13-cü pillədə qərarlaşıb.
"Atletiko" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. Bakıda 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Hazırda 6 xala malik "Atletiko" C qrupunda 3-cü, 2 xalı olan "Qarabağ" isə 4-cü pillədə qərarlaşıb.