"Milan” klub əsas komandanın baş məşqçisi Vinçentso Montellanı istefaya göndərib.
Sportnet.az "qırmızı-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbi ilə postundan göndərilib.
Komanda "Milan”nın əvəzedici heyətə rəhbərlik edən Cennaro Qattuzoya tapşırılıb.
Qeyd edək ki, V.Montella 2016-cı ilin yayından "Milan”nın baş məşqçisi vəzifəsində çalışırdı. "Qırmızı-qaralar” 14 turdan sonra 20 xalla 7-ci sıradadır.