Türkiyənin "Fənərbağça" klubunun prezidenti Əziz Yıldırıb jurnalistlərə top atıb.
Sportnet.az-ın "Hürriyət"ə istinadən verdiyi məlumata görə, hadisə Edirnedə "Fənərbağça" ilə "Edirnəspor"un veteran futbolçularının oyunu başlamadan öncə baş verib.
İstanbul klubunun prezidenti oyunu işıqlandırmağa çalışan və ona sual vermək istəyən jurnalistlərə topu atıb və gülümsəyərək "kənara" söyləyib.