Azərbaycanlı məşqçilər Almaniya Futbol İttifaqının (DFB) təşkilatçılığı Frankfurt şəhərində "İnternationalen Spielanalysekongress der DFB-Akademie” Konqresində iştirak edirlər.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 29-da start götürən tədbirə 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmməd və məşqçi Etibar İbrahimov qatılıblar.
Onlar bu gün başa çatacaq konqresdə DFB-nin dəvətinə əsasən iştirak edirlər.