1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ozobiçin 20-ci qolu, "Qəbələ"nin rekordları
Filip Ozobiç "Qəbələ”nin heyətində 20-ci qolunu vurub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı yarımmüdafiəçinin yubiley topu Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Mil-Muğan”la ev oyununa təsadüf edib. Bu matçadək "qırmızı-qara” formada 17 qolu olan Ozobiç 8:0 hesablı qələbəyə "het-trik"lə töhfə verib. Onun qarşılaşmadakı son qolu "Qəbələ”də 20-ci sevinci olub. Bununla da Ozobiç klub tarixində 20 və daha çox qol vuran 4 oyunçudan birinə çevrilib. 55-ci oyunda "20”yə çatan yarımmüdafiəçi klub tarixinin bombardirləri siyahısında 3-cü yeri Rövşən Əhmədovla bölüşür. Bu cütlük yalnız Viktor Mendi (33) və Dododan (30) geri qalır.
Legioner 20 qolundan 5-nə Azərbaycan Kubokunda imza atıb. O, kubokda "Qəbələ” üçün ən çox qol vuran 3 oyunçudan biridir. Yalnız Kənan Kərimovdan (7 qol) geri qalan Ozobiç Vüsal Qarayevlə eyni göstəriciyə malikdir.
Yeri gəlmişkən, xorvatiyalı oyunçu Qarayevdən sonra ikinci futbolçudur ki, kubok matçında "het-trik"ə imza atıb. Azərbaycanlı futbolçu 2006-cı il oktyabrın 16-da Quba "Şahdağ”ı ilə 6:0 hesablı qələbə ilə başa çatan ev oyununda 3 topa imza atmışdı. Ümumilikdə isə "Qəbələ”də ilk "het-trik"inə imza atan Ozobiç klub tarixində bunu bacaran 16-cı futbolçu olub. Bu, həm də "qırmızı-qaralar"ın 34-cü "het-trik"idir.
"Mil-Muğan”la qarşılaşmada 4 futbolçu ilk dəfə "Qəbələ” forması geyinib. Hacıağa Hacıyev, Aqil Məmmədov, Amin Seydiyev və Ülvi İsgəndərovun debütü ilə klub tarixinin rəsmi matçlardakı ümumi futbolçu sayı 227-yə çatıb. Bu qarşılaşmayadək "qırmızı-qara” forma ilə 223 oyunçu meydana çıxmışdı. Bu futbolçulardan 119-u qol sevinci yaşayıb. Debütü qolla qeyd edən İsgəndərov və Hacıyev bunu bacaran 117 oyunçuya qoşulublar.
"Mil-Muğan”la oyunda start heyətində meydana çıxan Ürfan Abbasov "Qəbələ”də 19-cu kubok matçını keçirib. Müdafiəçi komandada ən çox kubok oyunu keçirən futbolçu adına yiyələnib. Hesabında 19 qarşılaşma olan Abbasov 18 oyun keçirən Samir Zərgərovu arxada qoyub.
"Mil-Muğan”la matçda penalti zərbəsi ilə hesabı açan Cavid Hüseynov "qırmızı-qara” formada 10-cu dəfə 11 metrlik zərbəni yerinə yetirib. Bütün zərbələri qolla nəticələnən kapitan bu göstəricidə klub tarixinin rekordçusudur.
Qəbələ şəhər stadionundakı qələbə klubun tarixində 46-cı, Azərbaycan Kubokunda 9-cu böyükhesablı qələbə olub. "Qırmızı-qaralar” öz meydanında 29-cu dəfə 3 və ya daha çox top fərqilə qalib gəlib. Kubokdakı belə qələbələrdən 7-si evdə, 2-si səfərdə qeydə alınıb.
"Mil-Muğan”la görüşdə 8:0 hesablı qələbə qazanan komanda kubok tarixində özünün ən böyükhesablı qələbəsini əldə edib. Bunadək rekord 2015-ci il dekabrında eyni rəqiblə matçda qazanılan 7:0 hesablı qələbə idi.
"Qəbələ” həm də klub tarixinin ən böyükhesablı qələbəsini təkrarlayıb. 3-cü dəfə 8 top fərqi ilə qalib gələn "qırmızı-qaralar” I dəstədə "Şərur”u (2005-ci il sentyabrın 21-də), Premyer Liqada "Neftçi”ni (2016-cı il sentyabrın 10-da) bu hesabla məğlub etmişdi.