1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
4 klub 1/8 finala yüksəldi- YENİLƏNDİ
Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI tura start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında yer alan kollektivlər üz-üzə gələcəklər.
Avropanın müxtəlif ölkələrində baş tutacaq 8 matçdan sonra 1/8 finala vəsiqə qazanan komandaların sayı 12-ə çatacaq. Sözügedən 4 vəsiqəyə 7 iddiaçı var. Bunlar "Mançester Yunayted", "Bazel", MOİK, "Roma", "Atletiko", "Sportinq" və "Yuventus" komandalarıdır.
A qrupunda MOİK-i qəbul edəcək "Mançester Yunayted”i heç-heçə də qane edir. İngiltərə təmsilçisi uduzsa belə, 1/8 finala çıxa bilər. Bunun üçün "Bazel”in "Benfika” ilə səfər matçında xal itirməsi lazımdır. Rusiya klubunun taleyi isə öz əlindədir. Moskvalılar ya qalib gəlməli, ya da heç-heçə edib, "Bazel”in uduzmasını gözləməlidirlər.
B qrupunda PSJ və "Bavariya”nın qitənin ən nüfuzlu klub turnirində yollarına davam edəcəkləri dəqiqləşib. Hansı komandanın Avropa Liqasına düşəcəyinə isə "Seltik" - "Anderlext" duelində aydınlıq gələcək.
C qrupunda "Çelsi” pley-offa erkən yüksəlibsə, "Qarabağ”ın qrup sonuncusu olması rəsmiləşib. Ağdam klubunu qəbul edəcək "Roma” qalib gəlməklə, "Çelsi”yə qoşulacaq. "Atletiko” isə İngiltərədə qələbə qazanıb, italiyalıların xal itirmələrinə ümid etməlidir.
D qrupunda "Barselona” 1/8 finala adlayıb. "Yuventus" və "Sportinq" də anoloji uğura imza ata bilərlər. Portuqaliyalıları 1 xal qabaqlayan İtaliya çempionunun taleyi öz əlindədir.
Qeyd edək ki, "Bavariya”, PSJ, "Çelsi”, "Barselona”, "Beşiktaş”, "Mançester Siti”, "Real” və "Tottenhem” 1/8 finala vəsiqəni təmin edib. "Anderlext”, APOEL, "Seltik” və Dortmund "Borussiya”sı pley-off şansını itirib. "Qarabağ”, "Benfika”, "Maribor”, "Monako”, "Olimpiakos” və "Feyenoord”un qrup sonuncusu olacağı dəqiqləşib.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
5 dekabr
A qrupu
23:45. "Mançester Yunayted" (İngiltərə) - MOİK (Moskva, Rusiya) 2:1
Qol: Romelu Lukaku, 65. Markus Raşford, 67 - Alan Dzaqoev, 45
23:45. "Benfika" (Portuqaliya) - "Bazel" (İsveçrə) 0:2
Qol: Mohammed Elyunusi, 5. Dimitri Oberlin, 65
Xal durumu: "Mançester Yunayted" - 12, "Bazel" - 9, MOİK - 9, "Benfika" - 0.
B qrupu
23:45. "Bavariya" (Almaniya) - PSJ (Fransa) 3:1
Qol: Robert Levondovski, 8. Korentin Lolisso, 37. 69 - Klian Mbappe, 50
23:45. "Seltik" (Şotlandiya) - "Anderlext" (Belçika) 0:1
Qol: Jozo Simunoviç, 62(öz qapısına)
Xal durumu: PSJ - 15, "Bavariya" - 12, "Seltik" - 3, "Anderlext" - 0.
C qrupu
23:45. "Roma" (İtaliya) - "Qarabağ" (Azərbaycan) 1:0
Qol: Dieqo Perotti, 53
23:45. "Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya) 1:1
Qol: Stevan Saviç, 75( öz qapısına) - Saul Niquez, 53
Xal durumu: "Çelsi" - 10, "Roma" - 8, "Atletiko" - 6, "Qarabağ" - 2.
D qrupu
23:45. "Olimpiakos" (Yunanıstan) - "Yuventus" (İtaliya) 0:2
Qol: Xuan Quadrado, 16. Federiko Bernadeski, 90
23:45. "Barselona" (İspaniya) - "Sportinq" (Portuqaliya) 1:0
Qol: Françisko Alkaser, 59
Xal durumu: "Barselona" - 11, "Yuventus" - 8, "Sportinq" - 7, "Olimpiakos" - 1.