
UEFA İcraiyyə Komitəsi meydanda beyin silkələnməsinin baş verdiyi təqdirdə hərəkət qaydasını təsdiqləyib. Sportnet.az-ın məlumatına görə, beyin silkələnməsinə dair şübhələr olduqda, baş hakim matçı 3 dəqiqəlik dayandıracaq.
Bu müddətdə həkim futbolçunu müayinədən keçirə biləcək. Həkim futbolçunun vəziyyətinin oynamağa imkan verdiyinə dair konkret xəbərdarlıq etsə, oyunun davam etdirilməsinə icazə veriləcək.