İtaliya çempionatının 3-cü turunda "Sampdoriya"nın "Sassuolo" ilə səfər matçı öncəsi xoşagəlməz insident baş verib. Sportnet.az-ın "Corriere dello Sport"a istinadən məlumatına görə, naməlum şəxs "sampa"nın baş məşqçisi, ötənlərin məşhur futbolçusu Sinişa Mihayloviçə hücum edərək, onu təhqirlərə məruz qoyub.
Sonra isə o, Mihayloviçin sifətinə zərbə endirib. Nəticədə baş məşqçinin gün eynəyi qırılıb. Serbiyalı mütəxəssis cavab vermək istəsə də, komanda yoldaşları onu aralayıblar.
Qeyd edək ki, "Sassuolo" - "Sampdoriya" matçı bu gün keçiriləcək. "Sampdoriya" hazırda 4 xalla 5-ci pillədədir.