
Əsədov oyundan razı qaldığını bildirsə də, epizodların sonluğunun yaxşı olmamasından şikayətlənib: "Oyundan öncə futbolçulara tapşırmışdıq ki, rəqibi öz meydançasına sıxsınlar. İlk hissədə bizim çox üstünlüyümüz vardı. Ümumiyyətlə, görüş "Neftçi”nin üstünlüyü şəraitində keçdi. Oyundan razı qaldım. Sonluqlar heç də yaxşı alınmadı. Bunun üzərində işləyəcəyik. "Qəbələ” komandasına isə növbəti görüşlərdə uğurlar arzu edirəm”.
