"Xəzər" klubu qış fasiləsində növbəti transferini reallaşdırıb.
Sportnet.az xəbər verir ki, mövsümün birinci yarısını Premyer Liqada "Kəpəz"də keçirmiş Aydın Qasımov I divizion təmsilçisi ilə anlaşıb.
24 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Qasımov AZAL, "Qaradağ Lökbatan” və MOİK klublarının da şərəfini qoruyub.