"Qəbələ”nin əvəzedicilərdən ibarət komandası təlim-məşq toplanışı keçmək üçün Gürcüstana yollanıb.
Sportnet.az-ın məlumatına görə, qış hazırlıq prosesinin Qəbələdə və Bakıdakı bölümlərini başa vuran Emin İmaməliyevin baş məşqçi olduğu kollektiv yanvarın 26-dan fevralın 2-dək Tbilisidə məşq edəcək. Komanda artıq ilk məşqini də gerçəkləşdirib. Əvəzedicilər "Sabutalo” klubunun ev oyunlarını keçirdiyi "Bendela” stadionunda hazırlıq keçib.
Komanda növbəti məşqinə bu gün çıxacaq. Yanvarın 28-də isə "qırmızı-qaralar” Gürcüstanda ilk yoxlama oyununu keçirəcək. "Qəbələ" I dəstədə çıxış edən "VİT-Corciya” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.