
Tovuzda yaradılmış futbol klubuna "Turan" adının verilməsinin ideya müəllifi Nizaməddin Qəmbərov vəfat edib. Sportnet.az-ın məlumatına görə, bununla bağlı "Turan-T"nin "Ağsu" ilə keçirdiyi Azərbaycan I divizionunun IV tur matçı 1 dəqiqəlik sükutla başlayıb.
Qeyd edək ki, Nizaməddin Quliyev "Turan"ın ilk himayədarı və prezidenti Vidadi Əhmədovun yaxın silahdaşlarından olub.