1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İnqilab Məmmədovdan "Qəbələ"yə dərs
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” hazırlıq prosesinin ikinci mərhələsinin 12-ci gününü başa vurub.
Sportnet.az-ın məlumatına görə, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlaşan "qırmızı-qaralar” günü bir məşqlə tamamlayıb. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında keçən səhər məşqi meydançada gerçəkləşib. Komanda üzvləri toplu və topsuz çalışmaları icra edib.
Günün ikinci yarısında hakimlər İnqilab Məmmədov və Mübariz Haşımov "Qəbələ”nin məşqçi və futbolçu heyəti üçün seminar keçirib. Ədalət təmsilçiləri videoçarxlar nümayiş etdirməklə komanda üzvlərini oyun qaydalarındakı yeniliklər barədə məlumatlandırıb.