"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayevin istefası qəbul olunmayıb. Sportnet.az-ın məlumatına görə, klub rəhbərliyi ilə məşqçinin danışıqlarından sonra 54 yaşlı mütəxəsis öz postunda qalıb.
"Araz-Naxçıvan"nın prezidenti Orxan Cabbarov klubun rəsmi saytına açıqlamasında bunu təsdiq edib: "Əsgər Abdullayevi istefaya səsləyən azarkeşlərə sözüm var: Naxçıvanda futbol olmayanda harda idiz? İndi baş məşqçini istefaya səsləyirsiz. Əsgər müəllim birinci divizionda komanda ilə nailiyyət qazananda hamınız onu alqışlayırdız. Bu gün keçirilən oyunun 88-ci dəqiqəsinə kimi harda idiz? Günahı baş məşqçidə axtarmaq lazım deyil, sadəcə komandaya dəstək olmaq lazımdır, necə ki, ötən mövsüm dəstək olmusunuz. Əsgər Abdullayevi komandanın başına gətirəndə heç bir azarkeşdən məsləhət alınmayıb, indi də istefaya göndərəndə onların sözü önəmli hesab edilsin. Komandaya dəstək olan hər bir azarkeşimizə xüsusi hörmətimiz var. Əsgər Abdullayevin istefa fikri klub rəhbərliyi tərəfindən qəbul edilmədi və o, müqaviləsi başa çatana kimi "Araz-Naxçıvan"da baş məşqçi kimi fəaliyyət göstərəcək. Hətta onunla olan müqaviləmizi uzatmaq fikrindəyik".