"İlk oyunda ispanlara qarşı yaxşı nəticə əldə etmişdik. Bu inamımızı artırmışdı və davamını gətirməyə çalışdıq".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Fransa milli komandasının baş məşqçisi Pierre Jacky deyib. O, səhvlərə yol verdiklərini söyləyib:
"İstədiyimizi reallaşdırmağı bacarmadıq. Bizim üçün mübarizə hələ başa çatmayıb. İspaniya – Azərbaycan oyununuN nəticəsini gözləyəcəyik. Bir tərəfdə dünyanın ən yaxşı komandası olan İspaniya, digər yanda Avropanın ən güclü hücum xəttinə malik Azərbaycan millsi yer alacaq. Ümidimizi üzməmişik. Bu nəticəyə baxmayaraq, oyunçularımla fəxr edirəm”.