1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Xətai Bağırov: "Finalda oynamaq istəyirik" - MÜSAHİBƏ
- Növbəti mərhələyə vəsiqəni təmin etmişdik. Birinci yer uğrunda oynayırdıq və düşünürəm ki, yaxşı oyun oldu. Rəqib də bu oyuna yaxşı hazırlaşmışdı. Hər iki komandada qol epizodları oldu. Amma yararlana bilmədik. Şansları yaxşı dəyərləndirmədik".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə milli komandamızın üzvü Xətai Bağırov İspaniyaya 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra söyləyib.
- Bir epizodda rəqibləri aldatmağa çalışırdın...
- Oyun vaxtı fikirləşmək olmur. Mənim əsas oyun stilim belədir. Nəsə etmək istədim. Alındı. Həmin epizodda da bəxtimiz gətirmədi. Rəqibin də çoxlu şansları oldu, ancaq yararlana bilmədilər. Onlar birindən istifadə etdilər, biz isə bacarmadıq.
- Fransa ilə oyunun yorğunluğu hiss olunurdumu?
- Biraz hiss olunurdu. Amma rahat olmasaq da qrupdan çıxdığımızı düşünürdük. Rəqib kimi biz də oyuna yaxşı hazırlaşmışdıq.
- Növbəti rəqib Portuqaliyadır. Bu oyunla bağlı nə deyə bilərsən?
- İspaniyaya qarşı yaxşı oynadıq. Fikirləşirəm ki, belə çıxış etsək, Portuqaliyanı keçmək olar. Finalda oynamaq istəyirik.
- Onların sürətli futbolçuları var. Bu sizə problem yaratmayacaq?
- Dünya çempionatında oynamışıq. Onlar bizə rəqib olub. Biz istəyirdik ki, rəqib Portuqaliya olsun. Elə də oldu. Keçən il əlimizdən qaçdılar. Şansdan istifadə etmədik. Düşünürəm ki, yaxşı olacaq. Komanda yaxşı vəziyyətdədir.