1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycan millisində daha çox yerli futzalçı oynamalıdır"
AFFA-nın baş katibi Elxan Məmmədov futzal üzrə Azərbaycan milli komandasının Sloveniyada keçirilən Avropa çempionatındakı çıxışı ilə bağlı müsahibə verib.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Maksimuma doğru gedə bilmədilər. Amma düşünürəm ki, Avropa çempionatının final mərhələsinə düşməyin özü böyük nəticədir. Portuqaliya yığmasının dünənki nəticəsini gördükdən sonra deyə bilərəm ki, ¼ finalda bəlkə də çempiona uduzmuşuq. Çünki Portuqaliya artıq finaldadır, İspaniyaya qarşı oynayacaq. Məncə, bizim üçün bu mərhələdə oynamaq faciəvi bir şey deyil. Komandanın qarşısına əsas məqsəd qoyulmuşdu ki, çempionata vəsiqə qazansınlar, qazandılar. Sonrakı məqsəd qrupdan çıxmaq idi, bunun da öhdəsindən gəldilər. Minimum nəticəni göstərdilər. Portuqaliya isə güclü komandadır, artıq finalçıdır. Bu komandaya uduzmaq çox tənqid olunası hal deyil.
- "Araz Naxçıvan”dan sonra futzal millimiz də 1:8 hesabı ilə uduzdu. Bunu futzal komandalarımız üçün uğursuzluq saymaq olarmı?
- Buna uğursuzluq deməzdim. Peşəkar futbolda artıq belə bir şey var ki, komandanın 0:2 və ya 0:5 hesabı ilə uduzmasının fərqi yoxdur. Biz gördük ki, qapıçımız çıxandan sonra Portuqaliya fürsətdən istifadə edib, son 3 qolu vurdu. Baş məşqçi üçün hansı hesabla uduzmaq önəmli deyildi. O, hesabda rəqibə çatmaq və onları keçmək istəyirdi. Hesab 1:4 olarkən, gördük ki, komandamızın rəqibə çatması üçün hər şey edirdi. Təəssüf ki, yığmamız bunu bacarmadı. Portuqaliya daha təcrübəli və ağıllı futbol oynadı.
- Sizcə, islahatlara ehtiyac varmı? İctimaiyyət millidəki braziliyalıların sayının azaldılmasını istəyir...
- Biz hər zaman çalışırıq ki, azərbaycanlıların sayı çoxalsın. Son illərdə bir neçə gənc üzə çıxdı. Amma təbii ki, bu, kifayət deyil. Meydançada daha çox azərbaycanlı futbolçu olmalıdır. Görünür ki, braziliyalılar futzalda artıq hər yığmada təmsil olunurlar. Bu da ümumilikdə çox da müsbət hal deyil. Bir mərhələ var ki, onların təcrübəsindən yararlanıb, yerliləri inkişaf etdirmək lazımdır.
- Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov açıqlamasında deyib ki, lazım gəlsə, millimizə hindistanlılar və çukçaları da cəlb etməyə hazırdı...
- Məncə, bu, konstruktiv məsələ deyildi, daha çox emosional çıxış idi. Onun sözündə əsas məqsəd o idi ki, futzalda əsas işimiz nəticə göstərməkdir. Çünki futzalda final mərhələsində hər bir komanda nəticə qazanmaq istəyir. Amma bizim strategiyamız odur ki, hər seçmə mərhələdə daha çox azərbaycanlı futbolçu oynasın. Son illərdə qapıçı Rövşən Hüseynlini xüsusilə qeyd etmək istəyirəm.