Portuqaliyanın "Portu" klubu braziliyalı futbolçu Aleks Tellesi 30 milyon avroya satmaq istəyir. 
Sportnet.az-ın məlumatına görə, bu transferdən Türkiyənin "Qalatasaray" klubu 10 faiz gəlir əldə edəcək. "Sarı-qırmızılar" Aleks Tellesi 2016-ci ildə 6.5 milyon avroya "Portu"ya satarkən, növbəti satışdan 10 faiz alacağını qeyd edib. 
Qeyd edək ki, sol cinah müdafiəçisi ilə İngiltərənin "Çelsi" və İtaliyanın "Yuventus" klubları yaxından maraqlanır.
Xatırladaq ki, Aleks Telles cari mövsüm "Portu" forması ilə bütün turnirlər daxil olmaqla 34 matçda iştirak edib. O, 1 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.









                 





    
    
    
    
    
    
    
    
    






















































